“ADA” Universitetində Biznesin İdarə edilməsi proqramı üzrə ilk məzunlara diplomlar təqdim edilib

“ADA” Universitetində Biznesin İdarə edilməsi proqramı üzrə ilk məzunlara diplomlar təqdim edilib Rektor Hafiz Paşayev: "Azərbaycanın zamanın tələblərinə cavab verən təhsil almış dinamik biznes idarəçiləri və liderlərinə ehtiyacı var"
Elm və təhsil
4 Sentyabr , 2015 18:55
“ADA” Universitetində Biznesin İdarə edilməsi proqramı üzrə ilk məzunlara diplomlar təqdim edilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ "ADA" Universitetinin Niderlandın nüfuzlu Maastrixt Menecment Məktəbi ilə birgə təsis etdiyi Executive MBA (Biznesin idarə edilməsi) proqramı üzrə ilk sinfin məzunlarına diplomlar təqdim edilib.

"ADA"dan "Report"a verilən məlumata görə, məzun günündə diplom alan 144 tələbə sırasında Azərbaycandan gələn 21 tələbə də diplomlarını alıb.

Məzun günündə çıxış edən "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev proqramın ilk məzunlarını təbrik edərək Maastrixt Menecment Məktəbindəki tərəfdaşlara yüksək səviyyəli proqramın tərtibi və uğurla həyata keçiridikləri üçün minnətdarlığını bildirib.

Rektor qeyd edib ki, iqtisadiyyatı günü-gündən inkişaf edən müstəqil Azərbaycanın zamanın tələblərinə cavab verən təhsil almış dinamik biznes idarəçiləri və liderlərinə ehtiyacı var. O, ilk məzunlara gələcək biznes fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb və onların həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə uğurlu olacaqlarına əminliyini bildirib.

Öz növbəsində, Maastrixt Menecment Məktəbinin Qəyyumlar Şurasının sədri, senator Rene van der Linden məzunlar arasında ilk dəfə Azərbaycanla birgə proqramn məzunlarınıgörməkdən məmnunluğunu ifadə edib. Rene van der Linden "ADA" Universiteti ilə mövcud uğurlu tərəfdaşlığı genişləndirərək gələcəkdə yeni birgə tədris proqramlarının yaradılacağına da ümidini bildirib. 

Son xəbərlər

Orphus sistemi