"ADA" Universitetində "Açıq Qapı" günləri keçiriləcək

"ADA" Universitetində "Açıq Qapı" günləri keçiriləcək İştirakçılar bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat ala biləcəklər
Elm və təhsil
27 İyul , 2015 20:32
ADA Universitetində Açıq Qapı günləri keçiriləcək

Bakı. 27 iyul. REPORT.AZ/ "ADA" Universitetində "Açıq Qapı" günləri keçiriləcək. "Report" Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi saytına istinadən xəbər verir ki, "Açıq Qapı" günləri avqust ayının 03-dən 07-dək, saat 10:00 – 13:00-da keçiriləcək.

Məlumatda qeyd edilib ki, "Açıq Qapı" günlərinin iştirakçıları bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat almaqla yanaşı, "ADA" Universitetində çalışan professor heyətinə maraqlandıran suallarını ünvanlaya biləcəklər. Məlumat sessiyasından sonra isə iştirakçılar "ADA" Universitetinin Kampusu ilə tanış olacaqlar.

2015-2016-cı tədris ili üçün "ADA" Universiteti aşağıda adları qeyd olunan bakalavr proqramlarını təklif edir:

I ixtisas qrupu üzrə:

- Kompüter elmləri

- Kompüter mühəndisliyi

II ixtisas qrupu üzrə:

- Beynəlxalq münasibətlər

- İqtisadiyyat

- Biznesin idarə edilməsi

III ixtisas qrupu üzrə:

- Dövlət və ictimai münasibətlər

"ADA" Universitetinə gələrkən şəxsiyyət vəsiqəsını təqdim etmək mütləqdir.

Son xəbərlər

Orphus sistemi