​"ADA" Universiteti və Hyuston Universiteti arasında anlaşma memorandumu imzalanıb

​"ADA" Universiteti və Hyuston Universiteti arasında anlaşma memorandumu imzalanıb Sənədə əsasən, hər iki təhsil ocağının müəllim, professor və tələbə heyəti üçün yeni imkanlar yaradılacaq
Elm və təhsil
15 Yanvar , 2015 17:29
​ADA Universiteti və Hyuston Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün "ADA" Universiteti və ABŞ-ın nüfuzlu Hyuston Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu barədə "Report"a "ADA"nın mətbuat xidmətindən məlumat verilib.

Memorandum "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev və Hyuston Universitetinin rektoru Renu Khator tərəfindən imzalanıb.

Memorandumla tərəflər hər iki təhsil ocağının müəllim, professor və tələbə heyəti üçün yeni imkanların yaradılması istiqamətində əməkdaşlığa, birgə layihələr vasitəsilə Azərbaycan və ABŞ, Bakı və Hyuston arasında regional anlaşmanın inkişafına töhfələr verəcəklərinə, enerji sahəsi üzrə elmi araşdırmalar, birgə qısamüddətli ixtisasartırma və magistratura proqramları, o cümlədən tələbə mübadiləsi istiqamətində işlər görəcəklərinə razılaşdırıblar.

Qeyd edək ki, "ADA" Universiteti artıq ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Argentina, Niderland Krallığı, Çin, Litva kimi ölkələrin bir sıra universitetləri ilə yaxından əmədaşlıq edir. 

Son xəbərlər

Orphus sistemi