​"ADA"da keçirilən “İdarəetmə və Kommunikasiya Bacarıqları” təlim kursu başa çatıb

​"ADA"da keçirilən “İdarəetmə və Kommunikasiya Bacarıqları” təlim kursu başa çatıb İştirakçılara sertifikat verilib
Elm və təhsil
2 Fevral , 2015 14:44
​ADAda keçirilən “İdarəetmə və Kommunikasiya Bacarıqları” təlim kursu başa çatıb

Bakı. 2 fevral. REPORT.AZ/ "ADA" Universiteti İxtisasartırma Proqramı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 53 əməkdaşı üçün təşkil etdiyi “İdarəetmə və Kommunikasiya Bacarıqları” təlim proqramını uğurla başa vurub.

"ADA"nın kommunikasiya departamentindən "Report"a  verilən məlumata görə, məzuniyyət günündə "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və "ADA" Universiteti İxtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva çıxış edərək, gənc peşəkarlara uğurlar arzulayıblar və məzunları "ADA" Universitetinin sosial həyatında yaxından iştirak etməyə səsləyiblər.

Elman Mehdiyev təlim proqramının həyata keçirilməsində göstərdiyi dəstəyə görə DSMF-nin kollektivi adından "ADA" Universitetinə təşəkkürünü bildirib və bu təlimlərin DSMF-nin gənc əməkdaşlarının peşəkar inkişafında və gündəlik fəaliyyətlərində əvəzsiz rol oynadığını bildirib.

Daha sonra Aygün Hacıyeva təlim proqramının yekunları üzrə təqdimat keçirib.O bildirib ki, təlim proqramının əsas məqsədi gənc peşəkarlara öz güclu və zəif tərəflərini daha yaxşı anlamaq, səmərəli iş üslublarını tapmaq, başqa insanlarla effektiv ünsiyyət qurmaq və onları idarə etməkdə yardım etməkdir.

Məzuniyyət gününün sonunda iştirakçılar sertifikatlarla təltif olunub. 

Son xəbərlər

Orphus sistemi