ABŞ-ın kosmik gəmisi Pluton planetinə yaxınlaşır

ABŞ-ın kosmik gəmisi Pluton planetinə yaxınlaşır Plutonun öyrənilməsi Günəş sisteminin yaranması haqda biliklərin genişlənməsinə yol açacaq
Elm və təhsil
15 Yanvar , 2015 01:43
ABŞ-ın kosmik gəmisi Pluton planetinə yaxınlaşır

Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ-ın 2006-cı ildə Plutona göndərdiyi "New Horizons" kosmik gəmisi yaxın vaxtlarda həmin planetin orbitinə daxil olacaq.

"Report" Azadlıq Radiosuna istinadla xəbər verir ki, artıq may ayında Plutonun səthindən ilk şəkilləri görmək mümkün olacaq.

Pluton əvvəllər Günəş sistemindəki 9 planetdən biri sayılırdı, amma sonradan alimlər onun "statusunu" aşağı salıb "cırtdan planetlər" sırasına daxil ediblər.

Alimlər ümid edirlər ki, Plutonun öyrənilməsi Günəş sisteminin yaranması haqda biliklərin genişlənməsinə yol açacaq.

Elmi avadanlıqla yanaşı kosmik gəmi Plutona Amerika astronomu Clyde Tombaugh-nun külünü də aparır. Plutonu 1930-cu ildə o, kəşf edib və külünün kosmosa aparılmasını da özü vəsiyyət edib.

Son xəbərlər

Orphus sistemi