​ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti ADU-da olub

​ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti ADU-da olub Qonaqlar ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış olublar
Elm və təhsil
25 Avqust , 2015 19:31
​ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti ADU-da olub

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti ilə görüş keçirilib.

ADU-dan "Report"a verilən məlumata görə, görüşdə ali təhsil müəssisənin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov, millət vəkili Asim Mollazadə və universitetin professor-müəllim heyəti iştirak edib.

Səməd Seyidov görüşdə qonaqlara universitet haqqında məlumat verib, burada 22 dilin tədris olunduğunu qeyd edib.

Amerikalı qonaqlar öz növbəsində belə görüşlərin ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynadığını bildiriblər.

Görüşdən sonra qonaqlar İnformasiya Resurs Kompleksinin (İRK) fəaliyyəti ilə yaxından tanış olublar. 

Son xəbərlər

Orphus sistemi