Abel Məhərrəmov BDU-nun məzunu olan Avropa Oyunlarının qalibini mükafatlandırıb

Abel Məhərrəmov BDU-nun məzunu olan Avropa Oyunlarının qalibini mükafatlandırıb Avropa Oyunlarında 2 uğurlu çıxışı ilə yadda qalan filologiya fakültəsinin II kurs tələbəsi Fəridə Abiyeva da mükafatlandırılıb
Elm və təhsil
19 İyun , 2015 15:34
Abel Məhərrəmov BDU-nun məzunu olan Avropa Oyunlarının qalibini mükafatlandırıb

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetində (BDU) "Bakı 2015" I Avropa Oyunlarında idmanın karate növü üzrə qızıl medal sahibi, universitetin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2014-cü il məzunu Ayxan Mamayev və Avropa Oyunlarında 2 uğurlu çıxışı ilə yadda qalan filologiya fakültəsinin II kurs tələbəsi Fəridə Abiyeva ilə görüş keçirilib. Bu barədə "Report"a BDU-un mətbuat xidmətindən məlumat verilib.

Rektor Abel Məhərrəmov bildirib ki, "Bakı 2015"in Azərbaycanda keçirilməsi tarixi hadisə, böyük nailiyyət və uğurdur.

Oyunlarda 250 istiqamət üzrə 3000 universitet könüllüsünün fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor qızıl medal sahibi Ayxan Mamayevi təbrik edərək ona gələcək həyatında və yarışlarda uğurlar arzulayıb. Rektor bu uğuruna qədər A.Mamayevin keçdiyi idman yolu haqqında məlumat verib. Məlum olub ki, o, 7 yaşından idmanın karate növü ilə məşğul olur. Dəfələrlə dünya və Avropa çempionatlarının, İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Rektor, həmçinin Avropa Oyunlarında uğurlu çıxışları ilə yadda qalan Fəridə Abiyevanın 5 yaşından eyni idman növü ilə məşğul olduğunu, onun 10 qat respublika çempionu, dünya kubokunun sahibi və bir sıra beynəlxalq turnirlərin qalibi olduğunu diqqətə çatdıraraq gələcək oyunlarında qələbə arzulayıb.

Ayxan Mamayevin final görüşü izlənildikdən sonra rektor iştirakçılara universitetin xatirə hədiyyələrini təqdim edib.

Ayxan Mamayev universitetdə oxuduğu müddətdə hər zaman rektorun diqqət və qayğısını hiss etdiyini, məzunu olduğu ali təhsil ocağında keçirilən bu tədbirin əhəmiyyətini qeyd edərək təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi