​6 nömrəli Respublika xüsusi internat məktəbində Yeni İl şənliyi keçiriləcək

​6 nömrəli Respublika xüsusi internat məktəbində Yeni İl şənliyi keçiriləcək Tədbirdə 30-dan çox media qurumunun təmsilçisi iştirak edəcək
Elm və təhsil
24 Dekabr , 2014 16:18
​6 nömrəli Respublika xüsusi internat məktəbində Yeni İl şənliyi keçiriləcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Yeni İl şənliyi keçiriləcək. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir. Tədbirdə 30-dan çox media qurumunun təmsilçisi iştirak edəcək.

Qeyd edək ki, 1979-cu ildə fəaliyyətə başlayan məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq yeni tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları, inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalarla, məktəbli forması, geyim əşyaları və dərsliklərlə təmin edilib. Hazırda məktəbdə nitqi qüsurlu olan 173 nəfər uşaq təlim-tərbiyə alır. Müəssisədəki uşaqların təlim tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Son xəbərlər

Orphus sistemi