​2015-ci ildə təhsilə 1,6 milyard manat vəsait sərf olunub

​2015-ci ildə təhsilə 1,6 milyard manat vəsait sərf olunub Bu vəsaitin 190 mln. manatı dövlət proqramları və tədbirlərinin maliyyə təminatına yönəldilib
Elm və təhsil
11 Yanvar , 2016 22:40
​2015-ci ildə təhsilə 1,6 milyard manat vəsait sərf olunub

Bakı. 11 yanvar. REPORT.AZ/ 2015-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 1 milyard 605 milyon manat vəsait sərf olunub ki, bu da əvvəlki illə müqayisədə 51,3 milyon manat və yaxud 3,3 faiz çoxdur.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov yanvarın 10-da Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyev sədrliyi ilə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Nazirin sözlərinə görə, ayrılmış vəsaitin 190,0 milyon manatı bu sahə üzrə nəzərdə tutulan dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatına yönəldilib.

"Azərbaycan Prezidentinin müvafiq Fərmanının icrası olaraq ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının artırılması və onların maddi rifahının yaxşılaşdırılması məqsədilə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmaqla onların həftəlik dərs yükünün norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmasına Bakı şəhərində hesabat ilində başlanılıb, cari ildən isə digər 12 şəhər və rayon bu sistemlə əhatə olunacaq. Bu artımlar ümumi təhsil müəssisələrində çalışan 52 min nəfər müəllimə şamil olunub", - deyə S.Şərifov qeyd edib.

Nazir, həmçinin bildirib ki, ötən il dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına ölkənin 25 məktəb, 10 uşaq bağçası, 50 məktəbdə əlavə korpuslar, sinif otaqları, 1 incəsənət məktəbi tikilib istifadəyə verilib, 27 məktəb, 24 uşaq bağçası və 1 kollecin binalarının yenidən qurulması həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi