Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Hicran Əyyubova 01.05. 2024-cü il tarixindən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib. Hicran Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlə
Elm və təhsil
2 May , 2024 10:22
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub.

"Report" xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Hicran Əyyubova kollecin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, H.Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil alıb. O, 2006-2022-ci illərdə İ.Şıxlı adına Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim, 16.12.2022-ci il tarixindən isə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbində direktor vəzifəsində çalışıb. İngilis, fransız, türk dillərini bilir.

Son xəbərlər

Orphus sistemi