Tərcümə Mərkəzi xarici vətəndaşlar üçün Azərbaycan dili kursları təşkil edir

Tərcümə Mərkəzi xarici vətəndaşlar üçün Azərbaycan dili kursları təşkil edir İnteraktiv şəkildə keçiriləcək kurslar ödənişlidir
Elm və təhsil
17 Oktyabr , 2016 20:17
Tərcümə Mərkəzi xarici vətəndaşlar üçün Azərbaycan dili kursları təşkil edir

Bakı. 17 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycanda fəaliyyət göstərən xarici vətəndaşlar üçün Azərbaycan dili kursları təşkil edir.

Mərkəzdən "Report"a verilən məlumata görə, kurslar interaktiv formatda – şifahi danışıq və yazı mədəniyyətinin təkmilləşdirilməsi üzrə keçirilir. Kursun müddəti 6-12 aydır. Məşğələlərin sayı həftədə iki dəfədən az olmayacaq. Dərs saatı 90 dəqiqə, aylıq ödəniş 120 manatdır.

Xarici dil öyrənmək istəyən şəxslər və abituriyentlər üçün ingilis, fransız, alman, ispan, rus, türk, fars və ərəb dilləri üzrə dil kursları, tərcümə peşəkarlığı səviyyəsini artırmaq istəyənlər üçün media, maliyyə, iqtisad, hüquq, bədii və humanitar sahələr üzrə ixtisasartırma kursları Mərkəzin Ə. Topçubaşov 74 ünvanında (“Nizami” metrosu yaxınlığında) keçirilir.

İxtisasartırma kursları aşağıdakı dillər və sahələr üzrə təşkil edilir:

1. İngilis dili Media Sığorta
2. Ərəb dili Media
3. Türk Media Humanitar
4. Fars Media Hüquq Humanitar

Kursları bitirən şəxslərə Mərkəz tərəfindən diplom və sertifikatlar verilir.

Son xəbərlər

Orphus sistemi