Ötən il Azərbaycanda 7 sahə üzrə professor elmi adı alan olmayıb - SİYAHI

Ötən il Azərbaycanda 7 sahə üzrə professor elmi adı alan olmayıb - SİYAHI Keçən il ərzində 58 nəfərə professor elmi adı verilib.
Elm və təhsil
7 Yanvar , 2024 10:24
Ötən il Azərbaycanda 7 sahə üzrə professor elmi adı alan olmayıb - SİYAHI

Ötən il Azərbaycanda 7 sahə üzrə professor elmi adı alan olmayıb.

Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bura mexanika, astronomiya, yer elmləri, əczaçılıq elmləri, antropologiya, siyasi elmlər və sosiologiya aiddir.

Bundan başqa, keçən il ərzində 58 nəfərə professor elmi adı verilib. Həmin müddətdə professor elmi adı verilməsi ən çox texnika elmləri üzrə olub. Belə ki, bu sahə üzrə 10 nəfər həmin elmi ada layiq görülüb.

Son xəbərlər

Orphus sistemi