Bakı. 18 noyabr. REPORT.AZ/ “Dilçilik İnstitutunda “qaynar xətt” yaradılıb. Həmin telefon xətti yaxın günlərdə rəsmi şəkildə istifadəyə veriləcək”. “Report”un xəbərinə görə, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev akademiyanın Rəyasət Heyətinin geniş iclasında çıxışı zamanı deyib.
T.Hacıyev bildirib ki, bəzi hallarda mətbuatda dil normasının pozulmasına imkan yaradılır: “Televiziyalarda və mətbuatda müəyyən qüsurlara yol verilir”.
Azərbaycan gənclərinin müxtəlif ölkələrin dillərini öyrənmələrini müsbət qiymətləndirən institut direkotru əlavə edib ki, əsas olan onların ilk növbədə ana dilini səlist bilmələridir: “Sovet dövründə ailələr uşaqları ən çox rus məktəblərinə göndərirdilər. Bu gün isə uşaqlar ingilis dilinə maraq göstərir”.