Ən yüksək nəticələrə malik ali məktəblərin siyahısında Bakı Ali Neft Məktəbi birincidir

Ən yüksək nəticələrə malik ali məktəblərin siyahısında Bakı Ali Neft Məktəbi birincidir BANM üzrə dövlət sifarişi əsasında qəbul planı 100% yerinə yetirilib
Elm və təhsil
16 Fevral , 2015 10:37
Ən yüksək nəticələrə malik ali məktəblərin siyahısında Bakı Ali Neft Məktəbi birincidir

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxlayıb. Report” xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 12-ci sayında yer alıb.

Məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin siyahısında Bakı Ali Neft Məktəbi qəbulda 668,017 orta balla birinci yerdədir. Belə ki, I qrup üzrə test imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərin 24,69 %-i Bakı Ali Neft Məktəbinə daxil olub.

Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına qəbulda minimal bal 648, “Neft qaz mühəndisliyi” ixtisası üzrə qəbulda isə minimal bal 660 olub.

Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” (660) və “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” (673) ixtisaslarına qəbulda olub.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi üzrə dövlət sifarişi əsasında qəbul planı 100% yerinə yetirilib. Abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də Bakı Ali Neft Məktəbi üzrə göstərici də (81,39) yüksək olub.

Son xəbərlər

Orphus sistemi