​Yeni ilə yaxın Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

​Yeni ilə yaxın Azərbaycanda hava şəraiti kəskin dəyişəcək Cənub-qərb küləyi dekabrın 28-i axşam, 29-u gecə və səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq
Ekologiya
26 Dekabr , 2014 14:24
​Yeni ilə yaxın Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Bakı. 26 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, respublikanın əsasən dağlıq, dağətəyi rayonlarında və Abşeron yarımadasında dekabrın 28-də arabir güclənən cənub-qərb küləyi dekabrın 28-i axşam, 29-u gecə və səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Son xəbərlər

Orphus sistemi