Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni direktor təyinatı olub

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni direktor təyinatı olub Umayra Tağıyeva işdən çıxarılıb
Ekologiya
19 Yanvar , 2015 13:31
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni direktor təyinatı olub

Bakı. 19 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva vəzifəsindən azad olunub. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, U.Tağıyeva öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Direktorun səlahiyyətləri Büronun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi