Yağmurlu hava şəraiti sabah da davam edəcək

Yağmurlu hava şəraiti sabah da davam edəcək Bakıda 9-11 dərəcə isti olacaq
Ekologiya
29 Mart , 2016 11:06
Yağmurlu hava şəraiti sabah da davam edəcək

Bakı. 29 mart. REPORT.AZ/ Martın 30-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən (MHD) "Report"a verilən məlumata görə, paytaxt və yarımadada arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda isə gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda qısa fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi