​Abşeron Milli Parkının sanitariya-mühafizə zonası təsdiqlənib

​Abşeron Milli Parkının sanitariya-mühafizə zonası təsdiqlənib Nazirlər Kabineti "Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası"nı təsdiq edib
Ekologiya
2 Mart , 2015 16:37
​Abşeron Milli Parkının sanitariya-mühafizə zonası təsdiqlənib

Bakı. 2 mart. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası"nın təsdiq edilməsi barədə qərar verib.

"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Abşeron Milli Parkının sanitariya-mühafizə zonası parkın hüdud xəttindən bütün perimetri boyunca quruda 2000 metr məsafədə (xüsusi təyinatlı yerlər istisna olmaqla) və Xəzər dənizinin su akvatoriyasında 3000 metr məsafədə təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi