Xəbərdarlıq: Azərbaycanda havanın temperaturu 7-10 dərəcə aşağı enəcək, yağış və qar yağacaq

Xəbərdarlıq: Azərbaycanda havanın temperaturu 7-10 dərəcə aşağı enəcək, yağış və qar yağacaq Martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir
Ekologiya
4 Mart , 2016 12:46
Xəbərdarlıq: Azərbaycanda havanın temperaturu 7-10 dərəcə aşağı enəcək, yağış və qar yağacaq

Bakı. 4 mart. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, martın 6 və 7-si gecə və səhər paytaxt və yarımadada şimal-qərb küləyinin güclənəcəyi, 6-sı axşam və 7-si gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.

Azərbaycan rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 6-da qərb rayonlarından başlayaraq ayın 8-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayın 6-da qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək .

Son xəbərlər

Orphus sistemi