Avstraliyanın cənubunda yanğınlar 11 min hektar meşəni məhv edib

Avstraliyanın cənubunda yanğınlar 11 min hektar meşəni məhv edib Hazırda alova qarşı 2 mindən çox yanğınsöndürən mübarizə aparır.
Ekologiya
4 Yanvar , 2015 09:23
Avstraliyanın cənubunda yanğınlar 11 min hektar meşəni məhv edib

Bakı. 4 yanvar. REPORT.AZ / Cənubi Avstraliya ştatında, Adelaida şəhəri yaxınlığında davam edən yanğınlar artıq 11 min hektar meşəni məhv edib.

Bundan əlavə, Adelaida rayonunda yamacda yerləşən 30-dan artıq ev də ötən gecə yanıb. Şəhərin ətrafındakı kiçik yaşayış məntəqələrində yaşayan minlərlə insan müvəqqəti sığınacaqlarda gecələməli olublar.

"Report"-un AzərTAc-a istinadla verdiyi xəbərə görə, hazırda alova qarşı 2 mindən çox yanğınsöndürən mübarizə aparır. Onlara 14 təyyarə və helikopterlər də yardım edir. Lakin küləyin sürətini və istiqamətini tez-tez dəyişməsi yanğını tam nəzarətə almağa imkan vermir. Yanğının qarşısını almaqda çətinlik yaradan digər səbəb isə havanın temperaturunun yüksək olmasıdır. Yanvarın 3-də Adelaidada havanın temperaturu müsbət 40 dərəcə olub, bu gün isə 31 dərəcə isti gözlənilir.

Xilasedicilərin verdiyi məlumata görə, budəfəki yanğınlar Cənubi Avstraliyada son 30 ilin ən güclü yanğınlarıdır.

Son xəbərlər

Orphus sistemi