Türkiyənin 19 vilayətində qar səbəbi ilə dərslərə fasilə verilib

Türkiyənin 19 vilayətində qar səbəbi ilə dərslərə fasilə verilib İstanbulda bu gün məktəb və universitetlər fəaliyyət göstərməyəcək
Ekologiya
31 Dekabr , 2015 00:41
Türkiyənin 19 vilayətində qar səbəbi ilə dərslərə fasilə verilib

Bakı. 31 dekabr. REPORT.AZ/ Türkiyənin 19 vilayətində güclü qar səbəbi ilə dərslərə fasilə verilib.

"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, qarla əlaqədar bəzi vilayətlərdə yollar bağlanıb.

Çorum, Samsun, Sivas, Tokat, Kastamonu, Karabük, Hakkari, Bolu, Düzce, Karaman, Nevşehir, Yozqat, Erzerum, Giresun, Rize, Ordu, Sakarya, Samsun, Kocaeli vilayətlərində təhsil müəssisələri bir və ya iki gün işləməyəcək.

İstanbulda da bu gün məktəb və universitetlər fəaliyyət göstərməyəcək.

Son xəbərlər

Orphus sistemi