"Təmiz Şəhər" ASC "Kaspi" liseyinin şagirdlərini mükafatlandırıb

"Təmiz Şəhər" ASC "Kaspi" liseyinin şagirdlərini mükafatlandırıb "Kaspi" şagirdləri bu müsabiqə ilə yalnız 10 gündə 30 ağacı kəsilməkdən xilas ediblər
Ekologiya
28 May , 2016 14:55
Təmiz Şəhər ASC Kaspi liseyinin şagirdlərini mükafatlandırıb

Bakı. 28 may. REPORT.AZ/ "Təmiz Şəhər" ASC-nin "Kaspi" liseyinin Bakıxanov filialında təşkil etdiyi maklatura toplama müsabiqəsi yekunlaşıb.

ASC-nin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, 10 günə 150 kq istifadə edilən lazımsız kağız yığan 7C sinfi liseyin qalibi olub. 

Ümumilikdə məktəbdən 1 500 kq-dan çox maklatura toplanaraq təkrar emala qazandırılması üçün "Təmiz Şəhər"ə təhvil verilib.

Liseydən 10 gün ərzində toplanmış ümumi maklatura ilə təkrar emal zamanı hazırlanan kağız miqdarı 30 ağacın kəsilməsi ilə əldə edilən kağıza bərabərdir: "Bu o deməkdir ki, "Kaspi" şagirdləri bu müsabiqə ilə yalnız 10 gündə 30 ağacı kəsilməkdən xilas ediblər".

Qeyd edək ki, səhmdar cəmiyyət şagirdlər arasında kağız israfının azaldılması, lazımsız kağızlarla rəftar mədəniyyətini aşılamaq, təkrar emal sahəsini öyrətmək məqsədilə yarış təşkil etmişdi. Müsabiqənin şərtinə görə 17-27 may tarixlərində şagirdlər liseydə və evdə istifadə edilmiş lazımsız kağız və karton məmulatlarını məktəbə gətirərək “Təmiz Şəhər”in burada yerləşdirdiyi xüsusi tullantı qutularına atacaqdılar. Hər sinifin təhvil verdiyi kağız tullantının miqdarı ölçülüb. Nəticədə qoyulan müddət ərzində ən çox maklatura təhvil verən sinif qalib elan olunub və şagirdlər ASC tərəfindən mükafatlandırılıb.

Xatrladaq ki, "Kaspi" liseyi ilə "Təmiz Şəhər" ASC ötən il əməkdaşlığa başlayıb. Səhmdar cəmiyyət liseyin filiallarında xüsusi tullantı qutuları yerləşdirib və şagirdlərin tullantılarını təkrar emala qazandırır. Həmçinin, ASC mütəxəssisləri uşaqlar üçün xüsusi dərslər keçir, onlar qurumun tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına turlara aparılır.

Son xəbərlər

Orphus sistemi