Coğrafiya İnstitutu: Son günlərdə rayonlara yağan yağış bostan bitkilərinə ziyan verib

Coğrafiya İnstitutu: Son günlərdə rayonlara yağan yağış bostan bitkilərinə ziyan verib "Mayda yağan yağış təbiətə, torpağa, bitkiçiliyə xeyirlidir"
Ekologiya
9 May , 2016 15:32
Coğrafiya İnstitutu: Son günlərdə rayonlara yağan yağış bostan bitkilərinə ziyan verib

Bakı. 9 may. REPORT.AZ/ "May ayında yağan yağış təbiətə, torpağa, bitkiçiliyə xeyirlidir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

O bildirib ki, may ayının ilk ongünlüyündə yağan yağış bəzi bostan bitkilərinə - tərəvəzə, qarpız, yemiş, xiyar, pomidor, badımcana ziyan verir: "Çünki tərəvəzlər açıq havadadır, artıq örtük sistemi götürülüb. Həm də tərəvəzin çiçəklənən dövrüdür, yağış tozlanmaya mane olur. Ancaq son günlər rayonlara yağan yağış digər meyvə ağacları, çoxillik bitkilər, xüsusən taxıl bitkiləri üçün xeyirli yağış oldu. Yağış torpaqda məhsuldar rütubətin miqdarını artırdı".

Mütəxəssis qeyd edib ki, artıq meyvə ağaclarının hamısı çiçəkləyib: "Ağaclar tozlanma mərhələsini keçib, ilk meyvələrini götürüb".

M.Həsənov xatırladıb ki, Azərbaycanda may ayı çox vaxt rütubətli keçir: "Yəni quru ay deyil. Yağışların yağması da bu ay üçün normaldır".  

Son xəbərlər

Orphus sistemi