SOCAR-ın Ekologiya İdarəsi Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd edib

SOCAR-ın Ekologiya İdarəsi Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd edib Eko-parka ekskursiya təşkil olunub
Ekologiya
3 İyun , 2016 15:50
SOCAR-ın Ekologiya İdarəsi Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd edib

Bakı. 3 iyun. REPORT.AZ/ Eko-parkda 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib. 

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirdə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin və Avropa Azərbaycan məktəbinin şagirdlərinin iştirakı ilə təqdimatlar göstərilib, çıxışlar səslənib. 

SOCAR-ın Ekologiya İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir “Təbiətin mozaikası uşaq rəsmlərində” adlı jurnalın təqdimatı və “Sağlam ətraf mühit naminə” adlı rəsm sərgisi ilə davam etdirilib. Sonra Eko-parka ekskursiya təşkil olunub. 

Qeyd edək ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü BMT-nin ətraf mühitlə bağlı keçirilən 1972-ci il konfransında Yaponiya və Seneqalın təklifi ilə təsis olunub. Ətraf Mühitin Mühafizəsi Günü 5 iyun 1973-cü ildən etibarən bütün dünyada qeyd olunmağa başlayıb. 

Son xəbərlər

Orphus sistemi