Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Yarımadanın bəzi yerlərində yağış yağacağı istisna olunmur
Ekologiya
3 Aprel , 2015 13:34
Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Həftənin şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı istisna olunmur. Arabir güclənən cənub küləyi, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq.

Aprelin 4-də Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində bəzi qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 4 və 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 4-də gündüz arabir güclənən gilavar küləyinin 5-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlada narahatlıq hissi yarada bilər.

Son xəbərlər

Orphus sistemi