Sarısuda balıqların hansı səbəbdən tələf olduğu araşdırılır

Sarısuda balıqların hansı səbəbdən tələf olduğu araşdırılır Gölə antropagen təsir qeydə alınmayıb
Ekologiya
8 Sentyabr , 2016 16:39
Sarısuda balıqların hansı səbəbdən tələf olduğu araşdırılır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın Sarısu gölündə balıqların kütləvi zəhərlənməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən monitorinq aparlıb.

Departamentin dierktor müavini Mətanət Avazova "Report"a bildirib ki, ilk növbədə gölün ətrafında vizual monitorinq aparılıb: "İlkin nəticəyə görə gölə antropagen təsir qeydə alınmayıb. Sadəcə olaraq, gölün müxtəlif dərinliklərindən su nümunələri götrülüb, analizlər aparılacaq. Tələf olan balıqlar götürülüb və müayinə üçün Balıqçılıq İnstitutuna verilib. Nəticələr məlum olan kimi balıqların hansı səbəbdən tələf olması ilə bağlı açıqlama veriləcək".

Son xəbərlər

Orphus sistemi