Şahdağ Milli Parkında narkotik bitki aşkarlanıb

Şahdağ Milli Parkında narkotik bitki aşkarlanıb Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib
Ekologiya
5 May , 2015 13:56
Şahdağ Milli Parkında narkotik bitki aşkarlanıb

Bakı. 5 may. REPORT.AZ/ Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Milli Parkın əməkdaşları tərəfindən növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən xəbərə görə, reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 kvadratmetr sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib.

Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.         

Son xəbərlər

Orphus sistemi