Sabahdan Azərbaycanda hava mülayimləşəcək

Sabahdan Azərbaycanda hava mülayimləşəcək Havanın yağmursuz olacağı gözlənilir
Ekologiya
23 Dekabr , 2014 12:13
Sabahdan Azərbaycanda hava mülayimləşəcək

Bakı. 23 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabaha hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunacaq. Belə ki, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 6 dərəcəyədək isti olacağı gözlənilir.

O, həmçinin qeyd edib ki, qeyri-sabit hava şəraitinin sabahdan mülayimləşəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə dekabrın 25-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Son xəbərlər

Orphus sistemi