Bakı. 24 iyul. REPORT.AZ/ Şənbə günü - iyulun 25-də Azərbaycanda hava yağmursuz olacaq. Bu barədə "Report"a
O bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə isti təşkil edəcək.
Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 25-dən 27-dək Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.