Aprelin 15-nə olan hava proqnozu açıqlanıb

Aprelin 15-nə olan hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq
Ekologiya
14 Aprel , 2015 12:53
Aprelin 15-nə olan hava proqnozu açıqlanıb

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 15-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 14-19 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

 Aprelin 15-də Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 16-da gündüz küləyin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Son xəbərlər

Orphus sistemi