​Sabah ölkə ərazisində havanın temperaturu 26 dərəcəyə yüksələcək

​Sabah ölkə ərazisində havanın temperaturu 26 dərəcəyə yüksələcək Bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək
Ekologiya
24 Aprel , 2016 12:27
​Sabah ölkə ərazisində havanın temperaturu 26 dərəcəyə yüksələcək

Bakı. 24 aprel. REPORT.AZ/ Aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Temperaturun gecə 4-9° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq, lakin axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 12-17° isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Axşam isə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər dağlarda duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Temperaturun gecə 8-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi