Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək Havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir
Ekologiya
4 Noyabr , 2014 13:44
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək
Bakı. 4 noyabr. REPORT.AZ/ Sabah – noyabrın 5-də Bakıda və Abşeron yarımadasında yağıntının tədricən kəsiləcəyi, hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bu barədə “Report”a Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə havanın yağıntılı keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi