Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq Havanın temperaturu enəcək
Ekologiya
13 Aprel , 2016 11:11
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gecə və səhər paytaxt və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-20, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi