Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda hava yağmursuz olacaq Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir
Ekologiya
9 Fevral , 2015 12:35
Sabah Bakıda hava yağmursuz olacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Fevralın 10-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Mərkəzi aran rayonlarında gecə saatlarında 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi