Sabah Bakıda hava şəraiti yağmursuz olacaq

Sabah Bakıda hava şəraiti yağmursuz olacaq Şərq rayonlarında yağış yağacağı gözlənilir
Ekologiya
27 Noyabr , 2015 12:53
Sabah Bakıda hava şəraiti yağmursuz olacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, noyabrın 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 28-si gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Noyabrın 29-u günün ikinci yarısından noyabrın 30-dək meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Son xəbərlər

Orphus sistemi