Sabah Bakıda çovğun olacaq, yollar buz bağlayacaq

Sabah Bakıda çovğun olacaq, yollar buz bağlayacaq Azərbaycanın bəzi yerlərində 23 dərəcəyədək şaxta olacaq
Ekologiya
7 Yanvar , 2015 13:13
Sabah Bakıda çovğun olacaq, yollar buz bağlayacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 8-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilərlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, çovğun olacağı və gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var. Havanın temperaturunun gecə 2-4 isti, gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Soyuq hava şəraiti yanvarın 10-na kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi