Sabah Bakıda cənub-şərq küləyi əsəcək, rayonlarda yağış yağacaq

Sabah Bakıda cənub-şərq küləyi əsəcək, rayonlarda yağış yağacaq Bakıda havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq
Ekologiya
14 İyul , 2015 12:43
Sabah Bakıda cənub-şərq küləyi əsəcək, rayonlarda yağış yağacaq

Bakı. 14 iyul. REPORT.AZ/ İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah paytaxtda gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.         

Son xəbərlər

Orphus sistemi