Sabah Bakıda 39, rayonlarda 42 dərəcəyədək isti olacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda 39, rayonlarda 42 dərəcəyədək isti olacaq - XƏBƏRDARLIQ Nazirlik: Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil
Ekologiya
20 İyul , 2016 12:38
Sabah Bakıda 39, rayonlarda 42 dərəcəyədək isti olacaq - XƏBƏRDARLIQ

Bakı. 20 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, paytaxtda və yarımadada əsən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 23-27 dərəcə isti, gündüz 34-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 37-39 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 757 civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 21-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Son xəbərlər

Orphus sistemi