Sabah Bakıda 37 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda 37 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq Azərbaycanda havanın temperaturu 42 dərəcəyə çatacaq
Ekologiya
24 İyun , 2015 12:35
Sabah Bakıda 37 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Sabah - iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, paytaxtda sabah gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi