​Sabah Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

​Sabah Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq Bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var
Ekologiya
15 İyul , 2016 12:49
​Sabah Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

Bakı. 15 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarmadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 16-da hava əsasən yağmursuz olacaq, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16 , gündüz 22-27 dərəcə isti olacaq. 

Yaxın iki gündə Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi