Bakı. 30 iyun. REPORT.AZ/ İyulun 1-də Bakıda 33 dərəcə isti olacaq.
Havanın temperaturu gecə 22-25, gündüz 28-33 dərəcə isti olacaq.
İyulun 1-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sabah və iyulun 2-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amil olsa da, iyulun 1-də gündüz gözlənilən güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər.