Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 32 dərəcə isti olacaq Sabah Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
19 İyul , 2015 13:24
Sabah Bakıda 32 dərəcə isti olacaq

Bakı. 19 iyul. REPORT.AZ/ İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Report-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturunun gecə 20-23 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23 dərəcə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Temperaturun gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi