Sabah Bakıda 20 dərəcəyə yaxın isti olacaq

Sabah Bakıda 20 dərəcəyə yaxın isti olacaq Rayonlarda isə 25 dərəcə isti gözlənilir
Ekologiya
7 May , 2015 12:43
Sabah Bakıda 20 dərəcəyə yaxın isti olacaq

Bakı. 7 may. REPORT.AZ/ Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacaq.

Mayın 8-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, dağlıq ərazilərdə çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

"Tibbi meteoroloji proqnoza gəlincə, mayın 8-də və 9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir", - A.Verdiyev bildirib. 

Son xəbərlər

Orphus sistemi