Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, intensiv yağış yağacaq

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, intensiv yağış yağacaq Bakıda 26 dərəcə isti olacaq
Ekologiya
11 İyul , 2016 12:28
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, intensiv yağış yağacaq

Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi