Bakı. 17 avqust. REPORT. AZ/ Sabah Azərbaycanın rayonlarında 38 dərəcə isti olacaq.
Avqustun 18-də Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 34-35 dərəcə isti olacaq. Bakıda havanın temperaturu gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.