Sabah Azərbaycanın rayonlarında 22, Bakıda 19 dərəcə isti olacaq

Sabah Azərbaycanın rayonlarında 22, Bakıda 19 dərəcə isti olacaq Səhər bəzi yerlərdə zəif duman olacaq
Ekologiya
7 Aprel , 2016 11:09
Sabah Azərbaycanın rayonlarında 22, Bakıda 19 dərəcə isti olacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi