Sabah Azərbaycanın dağlıq ərazilərində sulu qar yağacaq

Sabah Azərbaycanın dağlıq ərazilərində sulu qar yağacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, zəif yağış yağacaq
Ekologiya
30 Noyabr , 2015 12:30
Sabah Azərbaycanın dağlıq ərazilərində sulu qar yağacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz Abşeron yarımadasının bəzi yerlərində çiskin olacaq, zəif yağış yağacağı ehtimal edilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-10, gündüz 13-17 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, dağlıq ərazilərdə sulu qar yağacağı, tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2-dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 4-9 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi