Sabah Azərbaycanın bəzi yerlərində şaxta 15 dərəcəyə çatacaq

Sabah Azərbaycanın bəzi yerlərində şaxta 15 dərəcəyə çatacaq Şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir
Ekologiya
4 Dekabr , 2014 15:21
Sabah Azərbaycanın bəzi yerlərində şaxta 15 dərəcəyə çatacaq

Bakı. 4 dekabr. REPORT.AZ/ Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. "Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilir.

Bakıda və Abşeron yarımadasında sabaha hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabaha hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, ayrı-ayrı şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi