Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq

Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq Havanın temperaturu gecə 1 dərəcə şaxtayadək enəcək
Ekologiya
16 Dekabr , 2015 12:58
Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 17-də paytaxtda və yarımadada mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 17-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi