Sabah Azərbaycanda yağmurlu hava şəraiti davam edəcək

Sabah Azərbaycanda yağmurlu hava şəraiti davam edəcək Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti ütünlük təşkil edəcək
Ekologiya
29 Aprel , 2016 11:08
Sabah Azərbaycanda yağmurlu hava şəraiti davam edəcək

Bakı. 29 aprel. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti ütünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 15-20, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq.

Aprelin 30-da Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza görə, aprelin 30-dan mayın 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi